Avstraliya Rusiyanın 22 fiziki şəxsinə sanksiya tətbiq edib

Avstraliya Rusiyanın 22 fiziki şəxsinə sanksiya tətbiq edib “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, rejissor Tiqran Keosayan və “Rossiya 1” telekanalında “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyeva Avstraliyanın sanksiyalar siyah
Digər ölkələr
25 Mart , 2022 11:17
Avstraliya Rusiyanın 22 fiziki şəxsinə sanksiya tətbiq edib

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, rejissor Tiqran Keosayan və “Rossiya 1” telekanalında “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyeva Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ümumilikdə Avstraliya Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə nazir Maris Peynin “Kremlpərəst təbliğatçılar” adlandırdığı 22 rusiyalının adı var.

Yuxarıda adı sadalananlar ilə yanaşı, “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan, Strateji Mədəniyyət Fondu, “İnforos”, “News Front” nəşrlərinin və “Kamerton” jurnalının rəhbərləri də var. Siyahıda həmçinin rusiyalı filosof Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya da var.

Son xəbərlər

Orphus sistemi