Şimon Peres dəfn edilib

Şimon Peres dəfn edilib O, Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub
Digər ölkələr
30 Sentyabr , 2016 13:02
Şimon Peres dəfn edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ İsrailin keçmiş prezidenti Şimon Peres sentyabrın 30-da dəfn edilib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, yəhudi dövlətinin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.

Şimon Peresin dəfn mərasiminə dövlət və hökumət başçıları, hökumət təmsilçiləri, səfirlər, o cümlədən ABŞ prezidenti Barak Obama da qatılıb.

Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. 

FOTO: "Haaretz"

İngilis versiyası FotoShimon Peres buried

Son xəbərlər

Orphus sistemi