Yuxarı

Şimali Osetiyanın rəhbəri vəfat edib

Moskvada müalicə alan Tamerlan Aquzarov pnevmoniyadan əziyyət çəkirdi

Bakı. 19 fevral. REPORT.AZ/ Şimali Osetiyanın rəhbəri Tamerlan Aquzarov 53 yaşında vəfat edib. Moskvada müalicə alan ölkə rəhbəri pnevmoniyadan əziyyət çəkirdi.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

"O, uzun zaman xəstə olub, uzun illər ərzində xəstəliklə mübarizə aparıb", - respublika rəhbəri administrasiyasından yüksək vəzifəli məmur bildirib. 

 T.Aquzarov 13 sentyabr 2015-ci ildə respublikanın rəhbəri vəzifəsinə təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi