Federika Mogerini Aİ üzvlərini Şimali Makedoniya və Albaniya ilə müzakirələrə başlamağa çağırıb

Federika Mogerini Aİ üzvlərini Şimali Makedoniya və Albaniya ilə müzakirələrə başlamağa çağırıb Avropa İttifaqının (Aİ) üzvləri Şimali Makedoniya və Albaniya ilə üzvlük müzakirələrini başlamaq qərarını mümkün qədər tez razılaşdırmalarıdırlar.
Digər ölkələr
17 İyun , 2019 14:58
Federika Mogerini Aİ üzvlərini Şimali Makedoniya və Albaniya ilə müzakirələrə başlamağa çağırıb

"Avropa İttifaqının (Aİ) üzvləri Şimali Makedoniya və Albaniya ilə üzvlük müzakirələrini başlamaq qərarını mümkün qədər tez razılaşdırmalarıdırlar". 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Federika Mogerini bildirib.

“Ümidvaram ki, Aİ ölkələri həm Şimali Makedoniya, həm də Albaniya ilə danışıqlar başlamaq üçün yaxın günlərdə veriləcək mühüm qərarların əhəmiyyətini anlayırlar. Fikrimcə, bu, ən qısa zamanda olmalıdır”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, sözügedən ölkələrlə üzvlük müzakirələri islahatlarda əldə edilən irəliləyişi dəyərləndirmək üçün ötən il bu ilin iyun ayınadək təxirə salınmışdı. Avropa Komissiyası müsbət qərar çıxarmağı tövsiyə etsə də, Fransa və Niderland hələlik ehtiyatlı mövqe tutur.

Son xəbərlər

Orphus sistemi