Bakı. 12 mart. REPORT.AZ/ Şimali Koreyaya məxsus sualtı qayıqlardan biri ilə əlaqə kəsilib.
"Report"un CNN kanalına istinadən verdiyi xəbərə görə, güman edilir ki, sualtı gəmi Şimali Koreyanın şərq sahilində batıb və ya təlim zamanı texniki nasazlıq səbəbindən yararsız vəziyyətə düşüb.
Hərbi gəmilər və hərbi aviasiya sualtı qayığı axtarışı ilə məşğuldur.