Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”

Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq” Paradda repressiya olunduğu iddia edilən Dövlət Təhlükəsizlik İdarəsinin başçısı Kim Von Xon da iştirak edib
Digər ölkələr
15 Aprel , 2017 09:42
Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”

Bakı. 15 aprel. REPORT.AZ/ “Biz müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Şimali Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ryon He Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr edilən hərbi paraddakı çıxışında bildirib.

İnformasiyaya əsasən, paradda Kim İr Senin nəvəsi ölkənin indiki lideri Kim Çen Inla yanaşı Dövlət Təhlükəsizlik İdarəsinin başçısı Kim Von Xon da iştirak edib. Bir müdət əvvəl xarici KİV Kim Von Xonun repressiyaya məruz qaldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, bu günlərdə ölkənin xarici işlər nazirinin müavini Xan Son Ryol “Associated press”ə müsahibəsində yarımadada yaranan gərginliyə görə, ABŞ-ın məsuliyyət daşıdığını və Şimali Koreyanın bölgədəki Amerika qüvvələrinə “qabaqlayıcı zərbələr” endirməyə hazır olduğunu bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi