​Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb

​Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb Sınaq KXDR-nin ilk prezidentinin ad gününə təsadüf edib
Digər ölkələr
15 Aprel , 2016 07:55
​Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb

Bakı. 15 aprel. REPORT.AZ/ Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi yazıb.

Sınaq aprelin 15-i səhər, ölkənin ilk prezidenti Kim İr Senin ad gününə təsadüf edib. Məlumata görə, bu, 3 min km. mənzilli "Musudan" raketi ola bilər.

"Reuters" xəbər verir ki, Amerikanın strateji komandanlığı Şimali Koreya raketinin uğursuz buraxılışını izləyib. Məlumatda qeyd olunur ki, buraxılış Şimali Amerika ərazisi üçün təhlükə xarakteri daşımayıb.

Bundan əvvəl KXDR-in Kim İr Senin ad günü münasibəti ilə raket sınaqdan keçirə biləcəyi barədə məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi