Yuxarı

​Şimali Koreyanın generalı ölkədən qaçıb

Onun sığındığı ölkənin adı açıqlanmayıb

Bakı. 4 iyul. REPORT.AZ/ Şimali Koreyanın generalı Pak Sın Von Rusiyadan keçərək, üçüncü dövlətin ərazisinə qaçıb.

"Report" xəbər verir ki, bu haqda Cənubi Koreyanın "ChannelA" televiziyası məlumat yayıb.

General Moskvada səfərdə olarkən üçüncü dövlətin səfirliyindən siyasi sığınacaq istəyib.

Məlumatda bildirlib ki, Pak Sın Von Şimali Koreyanın Rusiyadakı səfirliyində işləyib, onun qızının isə Moskva universitetlərindən birində təhsil aldığı ehtimal olunur.

Telekanalın qənaətincə, generalın qaçmasına səbəb kimi Şimali Koreyada dağ-xizək bazası tikintisi rəhbərlərindən birinin bu yaxınlarda edam olunması göstərilib. Xəbərə əsasən, həmin obyektin tikintisində Pak Sın Von da iştirak edib.

Generalın sığındığı ölkənin adı açıqlanmayıb. Şimali Koreya rəsmiləri isə Pak Sın Vonun qaçması ilə bağlı açıqlama verməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi