Şimali Koreyalı qaçqın Cənubi Koreyada casuslara məxfi məlumatları satmaqda ittiham edilir

Şimali Koreyalı qaçqın Cənubi Koreyada casuslara məxfi məlumatları satmaqda ittiham edilir Bakı. 19 iyul. REPORT.AZ/ Şimali Koreyadan olan qaçqın Cənubi Koreyada məxfi məlumatları satdığı üçün həbs edilib.
Digər ölkələr
19 İyul , 2018 10:16
Şimali Koreyalı qaçqın Cənubi Koreyada casuslara məxfi məlumatları satmaqda ittiham edilir
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Şimali Koreyadan olan qaçqın Cənubi Koreyada məxfi məlumatları satdığı üçün həbs edilib.

“Report” “Renhap”a istinadən xəbər verir ki, o, məxfi məlumatları xarici ölkələrin casuslarına satırmış.

Prokurorluq bildirib ki, şübhəli Li Cənubi Koreya Silahlı Qüvvələri barədə gizli məlumatları Şərqi Avropa ölkələrindən olan diplomatik missiyaya satmaqda günahlandırılır. Şimali koreyalı qaçqının 109 məxfi məlumatı, o cümlədən Cənubi Koreyanın xarici dövlətlərdə fəaliyyət göstərən casusları barədə informasiyanı ötürməkdə şübhəli bilinir.

O, dövlət sirlərinin qorunması haqqında qanunu pozmaqda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi