Şimali Koreyada məxfi raket bazaları var

Şimali Koreyada məxfi raket bazaları var Bakı. 13 noyabr. REPORT.AZ/ Şimali Koreyada 13-dən 20-dək nüvə başlığı daşıyan raketlərdən ibarət səyyar raket sistemləri olduğu güman edilən məxfi raket bazası var.
Digər ölkələr
13 Noyabr , 2018 13:03
Şimali Koreyada məxfi raket bazaları var
Reuters

Bakı. 13 noyabr. REPORT.AZ/ Şimali Koreyada 13-dən 20-dək nüvə başlığı daşıyan raketlərdən ibarət səyyar raket sistemləri olduğu güman edilən məxfi raket bazası var.

“Report” “Deutche Welle”yə istinadən xəbər verir ki, bu qənaətə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSİS) ekspertləri gəliblər.

Onların fikrincə, həmin bazalardan biri Cənubi Koreya paytaxtı Seuldan cəmi 135 kilometr məsafədədir.

Araşdırmanın nəticələri peykdən çəkilən şəkillərə, xüsusi xidmət əməkdaşları, hökumət üzvləri, Şimali Koreyadan qaçan şəxslər ilə müsahibələrə əsaslanır.

Son xəbərlər

Orphus sistemi