Şimali Koreyada baş vermiş daşqın nəticəsində 60 nəfər ölüb

Şimali Koreyada baş vermiş daşqın nəticəsində 60 nəfər ölüb Daşqın zamanı 560 sosial obyekt, 30 zavod, 20-dək məktəb tam və ya qismən dagılıb
Digər ölkələr
6 Sentyabr , 2016 20:44
Şimali Koreyada baş vermiş daşqın nəticəsində 60 nəfər ölüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının şimalında yerləşən Hamgön-Pukto əyalətində baş vermiş daşqın nəticəsində 60 nəfər ölüb.

"Report"un "Qazeta. Ru"ya istinadən verdiyi xəbərə görə, daha 25 nəfər itkin düşüb.

Təbii fəlakət nəticəsində 7 890 düyü sahəsi su altında qalıb. Daşqın zamanı 560 sosial obyekt, 30 zavod, 20-dək məktəb tam və ya qismən dagılıb, yollar, köprülər sıradan çıxıb.

Əhalinin bir hissəsi təxliyyə edilib.

Hazırda əraziyə gətirilmiş tikinti briqadaları ev və yolların bərpası ilə məşgul olur. 

Son xəbərlər

Orphus sistemi