Yuxarı

Şimali Koreyada baş verən zəlzələyə nüvə sınağının səbəb olduğu iddia edilir

Cənubi Koreya höküməti növbədənkənar iclasa toplaşacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Şimali Koreyada bu gün səhər baş vermiş 5,1 bal gücündəki

zəlzələyə növbəti nüvə sınağının səbəb olduğu iddia edilir.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya hökümətinin üzvləri süni zəlzələ xəbərlərini müzakirə etmək üçün növbədənkənar iclasa toplaşacaq.

Yeraltı təkanların episentrinin Kilçu şəhərinin yaxınlığında yerləşdiyi qeyd olunur.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi