Yuxarı

​Şimali Koreya yeni nüvə sınaqları keçirəcəyini bəyan edib

Kim Çen In bununla bağlı açıqlama verib

Bakı. 15 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə yükü daşıya bilən ballistik raketin buraxılması və yeni nüvə sınaqları hazırladığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə yerli KCNA informasiya agentliyinə istinadən "Reuters" məlumat yayıb.

Kim Çen In bu barədə ballistik raketin buraxılmasının simulyasiya sınağı zamanı açıqlama verib.

Qeyd olunur ki, nüvə başlıqları və ballistik raketlərin sınaq testləri "qısa müddət ərzində" keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi