Şimali Koreya Yapon dənizinə 8 raket atıb

Şimali Koreya Yapon dənizinə 8 raket atıb Şimali Koreya (KXDR) Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb.
Digər ölkələr
5 İyun , 2022 08:04
Şimali Koreya Yapon dənizinə 8 raket atıb

Şimali Koreya (KXDR) Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Hələlik hadisə ilə bağlı hər hansı dağıntı qeydə alınmayıb.

Bundan əvvəl Şimali Koreyanın ballistik raketi olduğu güman edilən raketin buraxması barədə Yaponiya Sahil Mühafizəsi məlumat verib. Sahil Mühafizəsi xüsusilə, Yaponiya dənizi zonasında ticarət gəmilərindən artan təhlükəsizlik tədbirlərinə riayət etməyi tələb edib. Qurum raketin üzən fraqmentlərinin aşkarlanacağı təqdirdə onlara heç bir halda yaxınlaşmamağa çağırıb.

Qeyd edək KXDR ilin əvvəlindən 10-da çox silah sınağı keçirib. Sonuncu sınaq mayın 25-də baş verib, Cənubi Koreya ordusunun məlumatına görə, biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.

Son xəbərlər

Orphus sistemi