Kim Çen In: "Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır"

Kim Çen In: "Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır" Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvvələri taktiki nüvə potensialının təkmilləşdirilməsi üzrə təlimlər keçirib.
Digər ölkələr
20 Mart , 2023 03:45
Kim Çen In: Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır

Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvvələri taktiki nüvə potensialının təkmilləşdirilməsi üzrə təlimlər keçirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

Qeyd olunub ki, manevrlər zamanı təqribən 800 km uçan və hədəfi vuran taktiki raket buraxılıb.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In deyib ki, ölkəsi müharibənin qarşısını almaq üçün hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır.

Pxenyan həmçinin bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı birgə hərbi təlimləri genişləndirir.

Son xəbərlər

Orphus sistemi