Bakı. 3 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının nümayəndələri "qaynar xətt"in bərpasından sonra Phanmuncom sərhəd zonasında son iki ildə ilk dəfə telefonla danışıblar.
Bu barədə "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, zəngi Şimali Koreya rəsmisi edib.
Danışıqların detalları barədə məlumat verilmir.
Xatırladaq ki, daha əvvəl KXDR lideri Kim Çen İn Seul ilə danışıqlar aparılmasına razılıq verib.