KİV: Şimali Koreya liderinin qardaşı öldürülüb

KİV: Şimali Koreya liderinin qardaşı öldürülüb Malayziya polisi naməlum kişinin hava limanından xəstəxanaya aparılarkən yolda öldüyünü təsdiqləyib
Digər ölkələr
14 Fevral , 2017 16:02
KİV: Şimali Koreya liderinin qardaşı öldürülüb

Bakı. 14 fevral. REPORT.AZ/ Şimali Koreyanın lideri Kİm Çen Inın qardaşı Malayziyada qətlə yetirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb. 

İnformasiyaya əsasən, Kim Çen Inın atabir qardaşı Kim Çon Nam Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında Şimali Koreyanın xüsusi xidmət orqanının iki əməkdaşı tərəfindən zəhərlənərək, öldürülüb.

“Reuters” xəbər verir ki, Malayziya polisi naməlum kişinin hava limanından xəstəxanaya aparılarkən yolda öldüyünü təsdiqləyib. 

Xəbərdə bildirilib ki, Malayziyanın təhlükəsizlik xidməti hələlik ölənin kimliyini təsdiqləməyib. 

Qeyd edək ki, Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.

Xəbərlərə görə, o, varisliyə namizəd sayılıb. 2015-ci ildə ölkədən qaçıb. 

Son xəbərlər

Orphus sistemi