Şimali Koreya liderinin öldürülən qardaşının Yaponiya siyasətçisi ilə gizli əlaqələri üzə çıxıb

Şimali Koreya liderinin öldürülən qardaşının Yaponiya siyasətçisi ilə gizli əlaqələri üzə çıxıb Xadzime İsiinin sözlərinə görə, onlar görüşdə Şimali Koreyada bütövlükdə vəziyyətin inkişaf perspektivini müzakirə edəcəkmişlər
Digər ölkələr
1 Mart , 2017 10:09
Şimali Koreya liderinin öldürülən qardaşının Yaponiya siyasətçisi ilə gizli əlaqələri üzə çıxıb

Bakı. 1 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın Malayziyada öldürülən atabir qardaşı Kim Çen Nam hadisədən əvvəl Çinin Makao şəhərində Yaponiyanın tanınmış siyasətçilərindən biri, İctimai təhlükəsizlik işləri üzrə komissiyanın keçmiş rəhbəri Xadzime İsii ilə gizli görüşü planlaşdırılbmış.

“Report” TASS-a istindən xəbər verir ki, bunu Xadzime İsii “Sankei Shimbun” nəşrinə müsahibəsində bildirib.

X.İsiinin sözlərinə görə, onlar görüşdə Yaponiya ilə Şimali Koreya arasında əlaqələrin gələcəyi, eləcə də Şimali Koreyada bütövlükdə vəziyyətin mümkün inkişaf perspektivilərini müzakirə edəcəkmişlər.

İnfromasiyaya əsasən, Şimali Koreyanın rəhbərliyi Kim Çen Namın xarici ölkə siyasi dairələri ilə əlaqələrindən narahatmiş.

Martın 1-də Malayziya məhkəməsi Kim Çen Namın qətlində şübhəli bilinən Vyetnam və İndoneziya vətəndaşları barəsində həbs qətiimkan tədbiri seçib.

Malayziya qanunlarına görə, onların cinayəti təsdiqlənərsə hər iki şübhəli edam ediləcək.

Qeyd edək ki, Malayziya polisi İndoneziyanın 25 yaşlı vətəndaşı Siti Aysianı və 29 yaşlı Vyetnam vətəndaşı Doan Txi Xuonqu Kim Çen Namın qətlindən bir sutka sonra həbs edib.

Məlumata görə, Şimali Koreyanın qətli törətməkdə şübhəli bilinən daha 4 vətəndaşı isə artıq Malayziyadan ölkəsinə dönüb.

Qeyd edək ki, Kim Çen Nam fevralın 13-də Malayziyada hava limanında öldürülüb. Onu Kim Çen Inın tapşırığı ilə Şimali Koreyanın xüsusi xidmət orqanları əməkdaşlarının öldürdüyü iddia edilir.

Şimali Koreya lideri Kim Çen Inın Malayziyada qətlə yetirildiyi iddia edilən qardaşı Kim Çen Namın ailəsi Çin hakimiyyətinin himayəsi altındadır. Onun həyat yoldaşı və oğlanlarından biri Pekində, o biri oğlu isə Çinin Makao şəhərində yaşayır. 

Son xəbərlər

Orphus sistemi