Şimali Koreya liderinin kiçik bacısı deputat seçilib

Şimali Koreya liderinin kiçik bacısı deputat seçilib Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon ölkənin Ali Xalq Məclisinə deputat seçilib.
Digər ölkələr
12 mart 2019 08:16
Şimali Koreya liderinin kiçik bacısı deputat seçilib
0 : 00
0 : 00

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon ölkənin Ali Xalq Məclisinə deputat seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Bildirilib ki, parlament seçkilərində seçicilərin 99,99 faizi iştirak edib. Onlar 100 faiz irəli sürülən namizədlərə səs veriblər. Ümumilikdə, Şimali Koreya parlamenti 687 deputatdan ibarətdir.

Kim Yo Çjon Şimali Koreyada ən nüfuzlu qadın sayılır. O, Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi rəisinin birinci müavinidir.

Kim Çen In isə Şimali Koreya parlamentinə seçkilərdə iştirak etməyib. Yerli dövlət mətbuatı seçkilərdən əvvəl və sonra onun adını nə namizədlərin, nə də seçilən deputatların siyahısında çəkməyib.

Qeyd edək ki, Şimali Koreya parlamentinə seçkilər bu il martın 11-də keçirilib. 

Son xəbərlər

Orphus sistemi