Şimali Koreya lideri sammitdən iki gün əvvəl Sinqapura gedəcək

Şimali Koreya lideri sammitdən iki gün əvvəl Sinqapura gedəcək Bakı. 8 iyun. REPORT.AZ/ Şimali Koreyanın lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla sammitdə iştirak etmək üçün iyunun 10-da Sinqapura səfər edəcək.
Digər ölkələr
8 İyun , 2018 15:33
Şimali Koreya lideri sammitdən iki gün əvvəl Sinqapura gedəcək
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Şimali Koreyanın lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla sammitdə iştirak etmək üçün iyunun 10-da Sinqapura səfər edəcək.

“Report” “xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.

Qeyd edək ki, ABŞ - Şimali Koreya sammiti tarixdə ilk dəfə iyunun 12-də Sinqapurda keçiriləcək. Dövlət başçıları görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə edəcəklər. ABŞ prezidenti Donald Tramp zirvə toplantısına bütün hazırlıqların başa çatdığını bildirib. O, görüşün yekununda 1950-1953-cü illərdə Koreya müharibəsinin başa çatması haqqında müqavilənin imzalanacağını da istisna etməyib.

Son xəbərlər

Orphus sistemi