Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqlar üçün ballistik raketini nümayiş etdirib

Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqlar üçün ballistik raketini nümayiş etdirib Raketlər Pxenyanda keçirilən hərbi paradda təqdim olunub
Digər ölkələr
15 Aprel , 2017 06:33
Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqlar üçün ballistik raketini nümayiş etdirib

Bakı. 15 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası paytaxt Pxenyanda ilk dəfə olaraq sualtı qayıqlar üçün ballistik raketini (SQBR) təqdim edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Pukkıkson-2" SQBR raketləri hərbi paradda ölkə lideri Kim Çen Inın qarşısından keçməzdən öncə yerli televiziyanın kameralarına düşüb.

Parad Şimali Koreya dövlətinin yaradıcısı və ölkə liderinin babası Kim Ir Senin anadan olmasının 105-ci ildönümünə həsr olunub.

Son xəbərlər

Orphus sistemi