Şimali Koreya hakimiyyəti diplomatlarına övladlarını məcburi qaydada ölkəyə qaytarmağı tapşırıb

Şimali Koreya hakimiyyəti diplomatlarına övladlarını məcburi qaydada ölkəyə qaytarmağı tapşırıb Rəsmi Pxenyan bununla Şimali Koreyanın xaricdəki diplomatlarının ölkədən qaçmasının qarşısını almağa çalışır
Digər ölkələr
23 Avqust , 2016 15:13
Şimali Koreya hakimiyyəti diplomatlarına övladlarını məcburi qaydada ölkəyə qaytarmağı tapşırıb

Bakı. 23 avqust. REPORT.AZ/ Şimali Koreya rəhbərliyi xaricdə fəaliyyət göstərən diplomatlarına tez bir zamanda övladlarını məcburi qaydada ölkəyə qaytarmaqla bağlı göstəriş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb. 

İnformasiyaya görə, diplomatların 25 yaşınadək olan övladlarını tezliklə Şimali Koreyaya qayıtmalıdırlar.

Rəsmi Pxenyan bununla Şimali Koreyanın xaricdəki diplomatlarının ölkədən qaçmasının qarşısını almağa çalışır.

Məlumatda bildirilib ki, ölkənin Londondakı səfirliyinin müşaviri Txe En Xo xarici dövlətə sığınıb. Rəsmi Pxenyan onun cinayətkar olması və dövlət əmlakını mənimsəməsi barədə xəbər yaymışdı.

Son xəbərlər

Orphus sistemi