Yuxarı
    Bağlamaq

    Reks Tillerson: “Şimali Koreya, eləcə də xalqı ABŞ-dan və qonşu dövlətlərdən qorxmamalıdır"

    ABŞ və Yaponiya diplomatlarının görüşündə bu ölkə ilə bağlı məsələnin də müzakirə edildiyi ehtimal olunur

    Bakı. 16 mart. REPORT.AZ/ “Şimali Koreya, eləcə də xalqı ABŞ-dan və qonşu dövlətlərdən qorxmamalıdır”.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson martın 16-da Tokioda Yaponiyanın xarici işlər naziri Fumio Kisido ilə keçirdiyi ikitərəfli görüşün yekununa həsr edilən mətbuat konfransında bildirib.

    Reks Tillerson mətbuat konfransında Şimali Koreya ilə bağlı sualları cavablandıraraq, bu ölkənin əhalisinə müraicət edib, onları ABŞ-dan və qonşu dövlətlərdən qorxmamağa çağırıb.

    Məlumata görə, ABŞ və Yaponiya diplomatlarının görüşündə Şimali Koreya ilə bağlı məsələnin də müzakirə edildiyi ehtimal olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi