Şimali Koreya çərşənbə axşamı üç raket buraxılışı həyata keçirib - YENİLƏNİB

Şimali Koreya çərşənbə axşamı üç raket buraxılışı həyata keçirib - YENİLƏNİB Raketlərdən biri Yaponiyanın iqtisadi zonasına düşə bilərdi
Digər ölkələr
29 Noyabr , 2017 00:24
Şimali Koreya çərşənbə axşamı üç raket buraxılışı həyata keçirib - YENİLƏNİB

Bakı. 29 noyabr. REPORT.AZ/ Şimali Koreya çərşənbə axşamı (yerli vaxtla çərşənbə günü səhər) Yapon dənizi istiqamətində üç raket buraxılışı həyata keçirib, onlardan biri Yaponiyanın Aomori şimal perfekturası yaxınlığında yerlşən iqtisadi zonası daxilində düşə bilərdi.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbəyə istinadən NHK telekanalı məlumat yayıb.


22:31

Bakı. 28 noyabr. REPORT.AZ/ KXDR hələlik tipi məlum olmayan ballistik raketin buraxılışını həyata keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap" məlumat yayıb.

Onun məlumatına görə, buraxılış ölkənin qərbində yerləşən Pxyonan-Namdo əyalətindəki meydançadan həyata keçirilib. Raket şərq istiqamətində uçub.

Son xəbərlər

Orphus sistemi