Şimali Koreya Cənubi Koreya ilə sərhədə qoşun yeridir

Şimali Koreya Cənubi Koreya ilə sərhədə qoşun yeridir Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artmaqda davam edir.
Digər ölkələr
17 İyun , 2020 03:15
Şimali Koreya Cənubi Koreya ilə sərhədə qoşun yeridir

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artmaqda davam edir.

“Report” xəbər verir ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan (Almaz dağları) kurort zonası ətrafına qoşun yeridir. 

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu addım ölkənin milli təhlükəsizliyini qorumaq üçün atılıb.

Bundan əvvəl, Şimali Koreya hakimiyyəti Keson şəhərində rəsmi Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partladıb. 

Son xəbərlər

Orphus sistemi