Yuxarı

​Şimali Koreya hökuməti BMT-dən ABŞ-la bağlı araşdırma tələb edib

Mərkəzi Kəşfiyyat Agentliyinin  cinayətləri Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunmalıdır

Bakı. 16 dekabr. REPORT.AZ/  Şimali Koreya hökuməti BMT Təhlükəsizlik Şurası qarşında yeni tələblə çıxış edib.

"Report" Amerikanın Səsinəistinadən xəbər verir ki, rəsmi Pxenyan ölkədə insan haqlarının pozulması ilə bağlı məsələnin Şuranın gündəmindən qaldırılmasını istəyib. Hökümət bunun əvəzində ABŞ-ın insan haqları sahəsində “qəddar” və “orta ərslərə aid” kimi təsvir etdiyi pozuntuları araşdırmasını tələb edib.

Bazar ertəsi BMT-yə göndərilən məktubda Şimali Koreyanın BMT-dəki səfiri Ca Sonq Nam Şimali Koreyaya qarşı insan haqları ilə bağlı ittihamların əsassız olduğunu və bunun regional və beynəlxalq sülh və təhlükəsizlikklə heç bir əlaqəsi olmadığını bildirib. O qeyd edib ki, bunun əvəzinə beynəlxalq sülhün pozulmasının qarşısının alınması üçün ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncə cinayətləri təcili surətdə Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunmalıdır. Sonq Nam öz açıqlamalarında ABŞ Senatının ötən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin tətbiq etdiyi qəddar dindirilmə üsulları ilə bağlı yaydığı hesabata istinad edib. Şimali Koreya höküməti bu əsasla ABŞ-ın digər ölkələrdə insan hüquqlarının durumu ilə bağlı mülahizələr irəli sürməyə haqqı olmadığını bildirib.

Xatırladaq ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası üzvləri Şimali Koreyada insan haqları ilə bağlı vəziyyətini gündəmə salınmasına səs verib. Rəsmilər bu məsələnin gələn çərşənbə axşamı və ya çərşənbə günü müzakirə olunacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi