Şimali Koreya hakimiyyəti koronavirusa qarşı mübarizə məqsədi ilə beynəlxalq ictimaiyyətdən yardım istəyib.
“Report” xəbər verir ki, məlumatı “Financial Times” yayıb.
Bildirilib ki, Şimali Koreyada virusun testi üçün vasitə azdır.
“Bu səbəbdən hakimiyyət vəziyyətədən çıxmaq üçün bütün beynəlxalq təşkilatlara müraciət edib”,- qəzet yazıb.
Məlumata görə, hakimiyyət yardımla bağlı müraciəti gizli edib.
Xatırladaq ki, Şimali Koreya hakimiyyəti indiyədək koronavirusa yoluxanlarla bağlı məlumat açıqlamyıb. Bununla belə ölkə koronavirusun yoluxması üçün əlverişli ərazidə yerləşib. Onun Çinlə bütün sahələr üzrə əlaqəsini xatırlamaq kifayətdir.