Yuxarı

Şimali Koreya beşinci dəfə nüvə sınağı keçirib

Həmin rayonda 5,3 bal gücündə zəlzələ olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Şimali Koreya beşinci dəfə nüvə sınağını uğrula həyata keçirdiyini bəyan edib.

"Report" Cənubi Koreyanın "yonhapnews" agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın mərkəzi televiziyası bildirib.

İnfromasiyaya görə, mərkəzi televiziya Şimali Koreyanın təsdiqlənmiş nüvə proqramının gələcək inkişaf proqarmı haqda xüsusi buraxılış yayımlayıb.

Sentyabrın 9-da ABŞ, Cənubi Koreya və Yaponiyanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın nüvə sınağına həsr edilən təcili toplantı keçiriləcək.

Məlumata əsasən, gecə saatlarında Şimali Koreya ərazisində 5,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanların nüvə sınağı keçirilən rayonda baş verdiyi haqda da xəbər yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi