Yuxarı
    Bağlamaq

    Şimali Koreya ABŞ və müttəfiqlərini "sərt müqavimət" ilə hədələyib

    Müqavimətimiz təcavüzkarların sağ qalmasına yol verməyəcək dərəcədə amansız olacaq

    Bakı. 14 aprel. REPORT.AZ/ Şimali Koreya Silahlı Qüvvələri ABŞ və Cənubi Koreyaya "sərt müqavimət" göstərəcəklərini vəd edib.

    "Report" xəbər verir ki, bu barədə "Renxap" məlumat yayıb.

    "Bizim ABŞ və onun vassallarına qarşı müqavimətimiz təcavüzkarların sağ qalmasına yol verməyəcək dərəcədə amansız olacaq", - deyə Koreyanın Mərkəzi Teleqraf Agentliyi hərbçilərin sözlərini sitat gətirir.

    "Şimali Koreya Silahlı Qüvvələri KXDR-nin ləyaqət və suverenliyinə əl uzadanlara qarşı həmişə olduğu kimi mərdcəsinə mübrizə aparacaq və həmişə ABŞ-ın təxribat xarakterli planlarını amansızcasına pozacaq", - deyə bəyanatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi