Şimali Koreya ABŞ-a qabaqlayıcı nüvə zərbələri endirməklə hədələyib

Şimali Koreya ABŞ-a qabaqlayıcı nüvə zərbələri endirməklə hədələyib Kim Çen In bu barədə nüvə mütəxəssisləri ilə görüşdə deyib
Digər ölkələr
9 Mart , 2016 07:17
Şimali Koreya ABŞ-a qabaqlayıcı nüvə zərbələri endirməklə hədələyib

Bakı. 9 mart. REPORT.AZ/ Şimali Koreya ABŞ-a qabaqlayıcı nüvə zərbələri endirməklə hədələyib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ölkənin rəhbəri Kim Çen In bu barədə nüvə mütəxəssisləri ilə görüşdə deyib. O bildirib ki, əgər ABŞ onun suverenliyinə və mövcudluğuna təhdid edərsə, Şimali Koreya tərəddüd etmədən bu ölkəyə nüvə zərbəsi endirəcək.

Görüşdə, həmçinin Şimali Koreya mütəxəssislərinin hazırladığı kiçik nüvə başlıqları təqdim olunub. Kim Çen In qeyd edib ki, nüvə başlıqları o qədər balacalaşdırılıb ki, onları ballistik raketlərə bərkitmək mümkündür.

Son xəbərlər

Orphus sistemi