Şimali Kipr Türk Respublikasının yeni liderinin adı məlum oldu

Şimali Kipr Türk Respublikasının yeni liderinin adı məlum oldu Mustafa Akıncı prezident seçkilərinin ikinci turunda qalib gəldi
Digər ölkələr
27 Aprel , 2015 02:12
Şimali Kipr Türk Respublikasının yeni liderinin adı məlum oldu

Bakı. 27 aprel. REPORT.AZ/  Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, solçu baxışları ilə tanınan müstəqil namizəd Mustafa Akıncı qalib olu gəlib.

"Report"un Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, M.Akıncı səslərin 60 faizindən çoxunu taplayıb.

Hazırkı prezident Derviş Eroğluna isə səçicilərin 40 faizi dəstək verib.

Qeyd edək ki, M.Akıncı Kiprin yunan icması ilə danışıqların bərpasını dəstək verəcəyin bildirib.

Yunan Kiprinin prezidenti Nikos Anastasiadis isə M.Akıncının seçilməsini müsbət dəyərləndirib və bildirib ki, tez bir zamanda onunla görüşməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi