Şimali Kipr prezidentinin atası vəfat edib

Şimali Kipr prezidentinin atası vəfat edib Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib.
Digər ölkələr
24 Aprel , 2021 11:41
Şimali Kipr prezidentinin atası vəfat edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib.

“Report” xəbər verir ki, o, aprelin 24-də 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rüstəm Tatar 1930-cu ilin oktyabrın 23-də Kiprin Baf rayonunun Yakacık kəndində anadan olub.

Ali təhsilini Böyük Britaniyada alıb.

O, Şimali Kipr Türk Respublikasının yaranması ilə nəticələnən danışıqlarda müşavir qismində iştirak edib.

1967-75-ci illərdə Kiprin maliyyə və büdcə işləri naziri olub.

Son xəbərlər

Orphus sistemi