Bakı. 8 dekabr. REPORT.AZ/ "Böyük Britaniya qeyd-şərtsiz Avropa İttifaqından (Aİ) ayrılır, lakin bu ittifaqla dərin tərəfdaşlığı və xüsusi münasibətləri qoruyacaq".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey Brüsseldə "Brexit" üzrə müzakirələrin birinci mərhələsinin nəticələrinə dair Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Eyni zamanda, Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının (DYP) lideri Arlin Foster bildirib ki, Şimali İrlandiya Böyük Britaniyanın qalan hissəsindən dəniz sərhədi ilə ayrılmayacaq və Aİ-nin Vahid Bazarını və Gömrük İttifaqını tərk edəcək.
Onun sözlərinə görə, "Brexit" üzrə sazişin mətnində bu barədə dəyişikliklər olunub.