Yuxarı

Şimali İraqda türk əsgərlərinin sayı 600-ə çatıb

İŞİD qruplaşmasına qarşı savaşan peşmergelərə son iki il ərzində türk hərbçilər təlim keçir

Bakı. 5 dekabr. REPORT.AZ/ Şimali İraqdaki Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçən 90 Türkiyə hərbçisinin rotasiyasını təmin etmək məqsədi ilə bölgəyə 400 hərbçi göndərilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, təlim mərkəzinə həmçinin 25 tank və xüsusi təyinatlı dəstə də yollanıb. Beləliklə, hazırda bu rayonda Türkiyə hərbçilərinin sayı 600-ü keçib.

Qeyd edək ki, "İŞİD" qruplaşmasına qarşı savaşan peşmergelərə son iki il ərzində türk hərbçilər təlim keçir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi