Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ preizdenti Barak Obama Şimali Amerikanın ən yüksək zirvəsinin adını Mount McKinley-dən Denali-yə dəyişdirəcək.
"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, bu addım prezidentin Alyaska ştatına səfəri zamanına planlaşdırılır.
Denali adı Amerika hindularının sözü olub və mənası ən yüksək deməkdir. Cənab Obama Alyaska və Ohayo sakinləri arasında illərdir davam edən münaqişəni yumşaltmağa çalışacaq.
Alyaskalılar 6194 metr hündürlükdə olan dağı illərdir öz aralarında Denali adlandırırdılar. Lakin federal hökumət bu dağa Ohayoda anadan olmuş və prezidentliyin ikinci müddətində qətl edilmiş 25-ci prezident Uilliam MakKinli adını vermişdi.
Hazırki ad zirvəyə 1896-cı ildə verilib. Belə ki, qızıl axtarışları aparan şəxs Alyaskanı kəşf edərkən MakKinlinin prezident seçildiyinin xəbərini alır və dağa onun adını qoyur.
Ağ Evin adın dəyişdirilməsiylə bağlı xəbəri cənab Obamanın üç günlük Alyaskaya səfəri ilə birgə açıqlanıb. Prezident Obama vəzifədə olarkən Alyaskayı ziyarət edən ilk prezidentdir.