Silvio Berluskoninin sağlıq durumu məlum oldu

Silvio Berluskoninin sağlıq durumu məlum oldu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəliyin "ən zərif" mərhələsindədir.
Digər ölkələr
7 Sentyabr , 2020 02:57
Silvio Berluskoninin sağlıq durumu məlum oldu
Silvio Berluskoni

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəliyin "ən zərif" mərhələsindədir.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Milandakı “San-Raffaele” Xəstəxanasının İntensiv Terapiya bölməsinin rəhbəri Alberto Zanqrillo bildirib.

O, qeyd edib ki, pasiyent müalicə optimal" reaksiya verir, həkimlər onun sağalması məsələsində "ehtiyatlı optimizm"i saxlayırlar. Bu halda Zanqrillo qeyd edib ki, Berluskoni pasiyentlərin ən zəif kateqoriyasına aiddir.

Həkimin sözlərinə görə, keçmiş baş nazir yaxın vaxtlarda xəstəxanadan evə buraxılmayacaq, çünki xəstəliyin müalicəsi vaxt tələb edir.

Daha əvvəl bildirilirdi ki, italyan siyasətçi Silvio Berluskoni koronavirusa yoluxub və Milan klinikasına yerləşdirilib. Onda ikitərəfli pnevmoniyanın əlamətləri aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi