Bakı. 5 yanvar. REPORT.AZ/ Avropa Parlamentinin (AP) yeni rəhbəri, çox güman, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dostu Antonio Tayani seçiləcək.
"Report" xəbər verir ki, bu barədə AP-dəki mənbəyinə istinadən RİA "Novosti" məlumat yayıb.
Avropa Parlamentinin yeni rəhbərinin seçilməsi bu il yanvarın 17-nə təyin edilib və seçkilər gizli səsvermə yolu ilə keçiriləcək. Antonio Tayani hazırda AP sədrinin müavini vəzifəsini tutur. O, buna qədər Avropa Komissiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən gedəcəyini və 2017-ci ildə Almaniya keçiriləcək seçkilərdə Şimali Reyn-Vestfaliyada Sosial-Demokratlar Partiyasının seçki siyahısına rəhbərlik edəcəyini açıqlayıb.