​Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

​Silvio Berluskoni xəstəxanaya yerləşdirilib 77 yaşlı siyasətçi "uveit" xəstəliyindən əziyyət çəkir
Digər ölkələr
17 Noyabr , 2014 02:19
​Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ İtaliyanın sabiq baş naziri Silvio Berluskoni "uveit" (Gözün damarlı qişasının iltihabı) diaqnozu ilə Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib.

"Report" xəbər verir ki, onu müalicə edən həkimin sözlərinə görə, 77 yaşlı siyasətçi çoxdan bu xəstəlikdən əziyyət çəkir, hazırda isə onda növbəti kəskinləşmə başlayıb.

Berluskoni özü hesab edir ki, onda bu xəstəliyin yaranmasına səbəb 2009-cu ildə baş verən hadisə olub. Həmin vaxt Milanda keçirilən mitinq zamanı kütlənin arasından bir kişi ona kiçik suvenir atıb. Nəticədə keçmiş baş nazir bir neçə dişini itirib və gözündən zədə alıb.

Həkimlərin sözlərinə görə, Berluskoni bir həfətə xəstəxanada yatacaq. 

Son xəbərlər

Orphus sistemi