Silvio Berluskoni Avropa Parlamenti seçkilərində iştirak edəcək

Silvio Berluskoni Avropa Parlamenti seçkilərində iştirak edəcək Bakı. 17 yanvar. REPORT.AZ/ İtaliyanın sabiq Baş naziri, İrəli İtaliya Partiyasının sədri, 82 yaşlı Silvio Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.
Digər ölkələr
1444
17 Yanvar , 2019 17:46
Silvio Berluskoni Avropa Parlamenti seçkilərində iştirak edəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ İtaliyanın sabiq Baş naziri, İrəli İtaliya Partiyasının sədri, 82 yaşlı Silvio Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, qocaman siyasətçi Sarduniyadakı partiya tədbirlərinin birində “Artıq dəyişməyə möhtac olan Avropada səsimi eşitdirmək üçün seçkilərdə iştirak etmək qərarına gəlmişəm” deyib.

Xatırladaq ki, S.Berluskonu İtaliyada 3 dəfə hökumət başçısı seçilib.

Son xəbərlər

Orphus sistemi