Ötən ay Əfqanıstanda 900-dən çox insan öldürülüb

Ötən ay Əfqanıstanda 900-dən çox insan öldürülüb Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanda 2019-cu ilin yanvarında baş verən silahlı toqquşmalar zamanı 900-dən çox insan həlak olub.
Digər ölkələr
5 Fevral , 2019 00:15
Ötən ay Əfqanıstanda 900-dən çox insan öldürülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanda 2019-cu ilin yanvarında baş verən silahlı toqquşmalar zamanı 900-dən çox insan həlak olub.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, silahlı toqquşmalar zamanı həmçinin azı 800 sakin yaralanıb. Öldürülənlər və yaralananlar arasında "Taliban" hərəkatının silahlıları, Əfqanıstan ordusunun hərbi qulluqçuları, əcnəbi hərbçilər, mülki şəxslər də var.

Bu il ilk silahlı toqquşma yanvarın 1-də, "Taliban" hərəkatının silahlıları Sari-Pul bögəsinin Sayad vilayətinə hücum edərkən baş verib. Atışma zamanı təhlükəsizlik orqanlarının 20 əməkdaşı həlak olub, daha 23 nəfər yaralanıb. 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi