Yuxarı

​Silahlı şəxs ABŞ-ın Cənubi Koreyadakı səfirinə ciddi xəsarət yetirib - FOTO

Hadisə səfir mühazirəyə gedərkən baş verib

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert silahlı hücum nəticəsində ciddi xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə baş verən zaman o, səhər saatlarında Seulun mərkəzində mühazirəyə gedirmiş.

Qeyd olunur ki, Lippertin güclü qanaxması olub, o yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Şühbəli şəxs dərhal həbs olunub.

Ağ ev səfirin yarasının onun həyatı üçün təhlükəli olmadığını bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi