Silahlı qruplaşma Malinin mərkəzindəki Boni şəhərini zəbt edib

Silahlı qruplaşma Malinin mərkəzindəki Boni şəhərini zəbt edib Qruplaşma üzvlərinin radikal islamçılar olduğu bildirilir.
Digər ölkələr
2 Sentyabr , 2016 23:18
Silahlı qruplaşma Malinin mərkəzindəki Boni şəhərini zəbt edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Silahlı qruplaşma Malinin mərkəzində yerləşən Boni şəhərini ələ keşirib.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi silahlı qüvvələrdəki mənbəyə və yerli administrasiyaya istinadən xəbər yayıb.

Qruplaşma üzvlərinin radikal islamçılar olduğu bildirilir. 

"Hazırda Boni şəhəri cihadçıların nəzarəti altındadır. Onlar şəhərin bir neçə binasına atəş açıblar" – deyə məlumatda bildirilir.

Məlumata görə, şəhərdə ordu yoxdur. 

Bonidə bir neçə min sakin yaşayır. 

Son xəbərlər

Orphus sistemi