Sigmar Gabriel: "Almaniya ildə 500 min miqrantı qəbul edə bilər"

Sigmar Gabriel: "Almaniya ildə 500 min miqrantı qəbul edə bilər" Almaniya təkcə 2015-ci ildə 800 mindən çox miqrantın gəlişini gözləyir
Digər ölkələr
8 Sentyabr , 2015 21:03
Sigmar Gabriel: Almaniya ildə 500 min miqrantı qəbul edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ Almaniya vitse-kansleri Sigmar Gabriel bildirib ki ölkəsi hər il azı 500 min sığınacaq axtaranın öhdəsindən gələ bilər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Garbiel bildirib ki, Avropa İttifaqına üzv olan digər ölkələr də Almaniya kimi miqrant problemini bölüşməlidir.

O, qeyd edib ki, təkcə 2015-ci ildə Almaniya 800 mindən çox miqrantın gəlişini gözləyir. Bu, 2014-cü illə müqayisədə dörd dəfə çoxdur.

BMT qaçqınlarla iş üzrə agentliyinin verdiyi məlumata görə, təkcə bazar ertəsi Makedoniyaya rekord, 7000 nəfər suriyalı qaçqın gəlib və Yunanıstan adalarında isə 30 min miqrant var.

Əsasən Suriyadan olan miqrantlar Türkiyədən Yunanıstana, Makedoniya və Serbiyadan keçməklə Macarıstana, oradan da Avstriya və Almaniyaya uzun yol keçir.

Miqrant axını Avropa hökumətləri arasında gərginliyə səbəb olub. Macarıstanın konservativ rəhbərliyi miqrantların qarşısını almaq üçün Serbiya ilə sərhəddə hasar tikir.

Son xəbərlər

Orphus sistemi