​Sidneydə pravoslav kilsəsinin binası yanıb, 3 yanğınsöndürən xəsarət alıb

​Sidneydə pravoslav kilsəsinin binası yanıb, 3 yanğınsöndürən xəsarət alıb Alovun söndürülməsinə yanğınsöndürmə xidmətinin 60 əməkdaşı cəlb edilib
Digər ölkələr
2 May , 2016 04:34
​Sidneydə pravoslav kilsəsinin binası yanıb, 3 yanğınsöndürən xəsarət alıb

Bakı. 2 May. REPORT.AZ/ Sidneyin cənub-qərb rayonu Rokdeyledəki Makedoniya pravoslav kilsəsində baş vermiş güclü yanğın nəticəsində kilsə binası tamamilə yanaraq sıradan çıxıb. "Report" xəbər verir ki, bu haqda "ABC" telekanalı bildirib.

Telekanalın məlumatlarına görə, yanğın bazar günü gecəyarı başlayıb. Bütün gecə ərzində alovun söndürülməsinə yanğınsöndürmə xidmətinin 60 əməkdaşı cəlb edilib. Lakin onlar binanı xilas edə bilməyiblər.

Alovun qarşısının alınması zamanı üç yanğınsöndürən yanıq xəsarəti alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Polis yaxınlıqdakı qocalar evinin sakinlərini ərazidən təxliyyə etdi və kilsənin yerləşdiyi küçəyə girişi məhdudlaşdırıb.

Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, yanğının başvermə səbəbləri hələ müəyyən edilməyib. 

Son xəbərlər

Orphus sistemi