Yuxarı

Sidneydə ən azı 13 nəfəri girov götürən terrorçular Baş nazirlə görüşmək istəyir

Polis isə Sidney-in müxtəlif rayonlarında partlayıcı qurğular axtarır

Bakı. 15 dekabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərində naməlum terrorçular kafelərdən birində 13-dən artıq insanı girov saxlayır.

"Report" BBC-yə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki “Martin Place” prospektində fəaliyyət göstərən “Lindt” kafesində gizlənən terrorçular son olaraq Avstraliyanın Baş Naziri Toni Ebbot-la görüşmək istədiklərini bəyan ediblər.

Şahidlərin bildirdiyinə görə, pəncərənin qarşısında dayanan girovların əllərində Suriyada Bəşər Əsəd rejiminə qarşı silahlı mübarizə aparan "Cabhat an-Nusra" gruplaşmasının bayraqları var və onlar bu bayraqları yelləməyə məcbur edilirlər. Terrorçuların iki nəfər olduğu ehtimal olunur.

Bu arada Baş Nazir Toni Ebbot təcili olaraq Avstraliya Dövlət Təhlukəsizlik Şurasının iclasını çağırıb.

Polis isə Sidney-in müxtəlif rayonlarında partlayıcı qurğular axtarmağa davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi