Sidney sakini özünü terror aktı hazırlığında təqsirkar bilib

Sidney sakini özünü terror aktı hazırlığında təqsirkar bilib Həbs Sidneyin binalarından birində terror aktının qarşısını almağa imkan verib
Digər ölkələr
30 Oktyabr , 2017 08:06
Sidney sakini özünü terror aktı hazırlığında təqsirkar bilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sidney sakini Tamim Hayya özünü Avstraliya ərazisində terror aktı hazırlığında təqsirkar bilib. 

"Report"un məlumatına görə, bu barədə "SBS" xəbər verib.

Qeyd edilir ki, həmin şəxs Sidneyin Parramatta rayonunda məhkəmə qarşısına çıxarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu 2016-cı ilin mayında həbs ediblər.

Polis nümayəndəsinin sözlərinə görə, həbs Sidneyin binalarından birində terror aktının qarşısını almağa imkan verib. Əks təqdirdə terror aktı qaçılmaz olardı.

Sentyabrın sonunda Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarının köməkçisi Mark Myordok bildirib ki, Sidneydə böyük terror aktı olacaq və "bu, qaçılmazdır".

Daha əvvəl Avstraliyanın baş naziri Malkolm Tyornbull isə qeyd edib ki, ölkə hakimiyyəti insanların kütləvi toplaşdığı yerlərin terrorizmdən müdafiəsi ilə bağlı tədbirlər görüb.

Son xəbərlər

Orphus sistemi