Siciliyada yaşayış evində partlayış olub: ölən və xəsarət alanlar var

Siciliyada yaşayış evində partlayış olub: ölən və xəsarət alanlar var Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib
Digər ölkələr
26 Fevral , 2017 17:41
Siciliyada yaşayış evində partlayış olub: ölən və xəsarət alanlar var

Bakı. 26 fevral. REPORT.AZ/ Siciliyada yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, İtaliyanın sahəsinə görə ikinci adasının şəhərinin mərkəzi hissəsinin sakinləri bazar günü yuxudan partlayış səsinə oyanıblar. İlkin ehtimala görə, binanın uçmasına səbəb qaz balonunun partlaması olub. Hadisə yerinə gəlmiş xilasedicilər üçmərtəbəli binanın demək olar tamamilə məhv olduğunu görüblər.

Partlayışın baş verdiyi mənzilin dağıntıları arasından yaşlı qadının cəsədi çıxarılıb. Xəsarət almış dörd nəfərdən ikisi ağır vəziyyətdədir. Hadisə zamanı yaralanmış on yaşlı qız kəllə sınığı ilə təcili xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib.

Son xəbərlər

Orphus sistemi