Sibirin cənubundakı yanğınlarda ölənlərin sayı 34 nəfərə çatıb

Sibirin cənubundakı yanğınlarda ölənlərin sayı 34 nəfərə çatıb Tibbi yardım üçün 1,4 mindən artıq insan müraciət edib, hazırda 77 nəfər xəstəxanalara yerləşdirilib
Digər ölkələr
21 Aprel , 2015 12:00
Sibirin cənubundakı yanğınlarda ölənlərin sayı 34 nəfərə çatıb

Bakı. 21 aprel. REPORT.AZ/ Sibirin cənubunda baş verən yanğınlar nəticəsində 34 nəfər ölüb, 7,5 min nəfər zərər çəkib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə FHN rəhbəri Vladimir Puçkov RF prezidenti Vladimir Putinin Xakasiyada keçirdiyi müşavirədə bildirib. 

"Bu günə Sibirin cənubundakı yanğınlar nəticəsində 34 nəfər həlak olub", - FHN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət havanın anomal dəyişikliyi və şəxsi həyətlərdə kənd təsərrüfatı tullantılarının icazəsiz yandırılması səbəbindən yaranıb. Ən çətin vəziyyət Xakasiya, Krasnoyarsk və Zabaykalsk vilayətlərində müşahidə olunur. Hadisə nəticəsində yaşayış evləri, sosial infrastruktur, kənd təsərrüfatı, energetika və rabitə obyektləri zərər çəkib. 

Nazir əlavə edib ki, tibbi yardım üçün 1,4 mindən artıq insan müraciət edib, hazırda 77 nəfər xəstəxanalara yerləşdirilib, o cümlədən 4 nəfər Rusiya FHN helikopteri ilə Moskvanın ixtisaslaşdırılmış tibbi müəssisələrinə çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi