Si Cinpin Sergey Lavrovu qəbul edib

Si Cinpin Sergey Lavrovu qəbul edib Çin Sədri Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Digər ölkələr
9 aprel 2024 09:00
Si Cinpin Sergey Lavrovu qəbul edib

Çin Sədri Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Daha əvvəl S.Lavrov Çinin xarici işlər naziri Vanq İ ilə görüş keçirib.

Rusiyalı nazir çinli həmkarı ilə görüşündə bildirib ki, tərəflər Ukrayna ilə münaqişənin həlli məsələsi üzrə Moskvanın maraqları nəzərə alınmadan keçirilən görüşlərin mənasız olduğunu təsdiqləyiblər. S.Lavrov həmçinin deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Si Cinpin bu ilin oktyabrında keçiriləcək BRICS (BRİKS) sammiti çərçivəsində Kazanda görüşmək niyyətindədir.

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Son xəbərlər

Orphus sistemi