Brüssel və Pekin əməkdaşlığı intensivləşdirməli və qarşılıqlı etimadı artırmalıdır.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçirilən Çin-Aİ sammitində Çin sədri Si Cinpin qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaş olmağa və ikitərəfli siyasi etimadı gücləndirməyə çağırır.
Onun sözlərinə görə, tərəflər daxili işlərə müxtəlif müdaxilələrdən çəkinməli, xalqların rifahı naminə dialoq və əməkdaşlığı intensivləşdirməli, qlobal problemlərin həlli, bütün dünyada sabitlik və rifahın təşviqi üçün güclərini birləşdirməlidir.
O xatırladıb ki, 2023-cü il Çin-Aİ Hərtərəfli Strateji Tərəfdaşlıq proqramının 20 illiyidir.
AK sədri isə öz növbəsində Çin lideri ilə söhbəti yaxşı və səmimi adlandırıb: “Əlaqələrimizin qurulması prioritetdir. Biz razılaşdıq ki, balanslaşdırılmış ticarət münasibətlərində ümumi marağımız var. Biz həmçinin xalqlarımız arasında mübadilənin intensivləşdirilməsi barədə razılığa gəldik”.
Aİ səlahiyyətliləri dörd il ərzində ilk dəfə dekabrın 7-8-i tarixlərində Çinlə təkbətək sammit keçirəcək. Sammitdə mövcud geosiyasi şəraitdə qlobal təchizat zəncirləri, ikitərəfli münasibətlərin tarazlaşdırılması, eləcə də qlobal çağırışların həlli istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunacaq.